Rusiyada dəhşətli cinayət hadisəsi baş verib. Yerli medianın yaydığı məlumata görə, üç uşağını öldürməkdə təqsirləndirilən Kansk sakini dördüncünü möcuzə nəticəsində öldürə bilməyib. Buna səbəb onun gücünün tükənməsi olub.
Müstəntiqlərin ilkin dindirilməsi zamanı 29 yaşlı qadın dördüncü uşağı məktəbdə olduğu üçün öldürə bilmədiyini, sonradan dərsdən qayıdan uşaqla "məşğul olmağa" gücü qalmadığını bildirib.
Qeyd edək ki, çoxuşaqlı ana aprelin 14-də 7 aylıq, 4 və 8 yaşlı 3 övladını qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb. Müstəntiqlərin fikrincə, o, onları qəsdən balta ilə vurub. Qadının psixiatrda qeydiyyatda olması da üzə çıxıb.
Qonşuların sözlərinə görə, o, özünə qapalı olub və qəribə davranırmış. Qadın tez-tez öz-özünə danışır, heç kimlə ünsiyyət qurmazmış. Qatil ana öz oğul və qızını vəhşicəsinə qətlə yetirdikdən sonra valideynlərinin yanına gedib və baş verənləri dərhal onlara xəbər verib. Uşaqların babası Herzen küçəsindəki mənzilə qaçaraq orada nəvələrinin meyitlərini tapıb və polisə müraciət edib. Hadisə ilə bağlı qadına qarşı cinayət işi açılıb.
Tural