Sevil Əliyeva anasını yad etdi: "Bu gün mənim üçün ən ağır gündür"
News365.az xəbər verir ki, mərhum prezident Heydər Əliyevin qızı, professor Sevil Əliyeva anası Zərifə xanım Əliyevanın vəfatının ildönümündə duyğulu paylaşım edib.
O, sosial şəbəkə hesabında yazıb:
“Bu gün mənim üçün ən ağır gündür. Anamın 40 ildir yanımda olmadığına inanmaq mənim üçün çox çətindir.”
Qeyd edək ki, akademik Zərifə Əliyeva 1985-ci il aprelin 15-də vəfat edib. Azərbaycanın görkəmli oftalmoloqu olan Zərifə xanım həm elmi, həm də ictimai fəaliyyəti ilə yadda qalıb.