ABŞ-də maraqlı hadisə baş verib. "Good News Network"un yaydığı məlumata görə, Miçiqan ştatında polis evdən əynində sadəcə bez ilə qaçmış uşağı texnologiyanın köməyi ilə tapa bilib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının axşam saatlarında itkin düşən yaş yarımlıq uşağı xilas etməsi sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
"Körpənin tapılmasına termal görüntülər kömək edib", - nəşr yazıb.
Hadisə Detroitdən təxminən bir saatlıq məsafədə yerləşən "Blackman Charter" qəsəbəsində baş verib. Valideynlər körpələrinin itdiyini biləndə dərhal kömək istəyiblər. Həmin vaxt havanın temperaturu dörd dərəcə aşağı düşüb və gecə saatlarında şaxta gözlənilirmiş. Bu isə axtarışları xüsusilə aktuallaşdırıb.
Tural