Rusiya: Səfirliyimizdə vandalizm aktı törədilib

Rusiya: Səfirliyimizdə vandalizm aktı törədilib
15 Apr 2025 14:48

Rusiyanın İsveçdəki səfirliyi növbəti dəfə vandalizm aktına məruz qalıb. Bu barədə Rusiya diplomatik missiyasının Telegram kanalında məlumat verilib.


“Diplomatik nümayəndəliyin xidməti binasının mərkəzi girişinin qarşısında, eləcə də onun ərazisindəki yaşayış kompleksinin qarşısına-  asfaltın üzərinə boya atılıb”, - deyə məlumatda bildirilir.


Səfirlik əlavə edib ki, diplomatik nümayəndəlik artıq hadisə ilə bağlı İsveç polisini məlumatlandırıb. Diplomatlar qeyd ediblər ki, Krallığın Xarici İşlər Nazirliyinə diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasından irəli gələn öhdəlikləri yerinə yetirməsini tələb edən nota göndərilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada