Nikulinin oğlu ağır zəhərlənib

Nikulinin oğlu ağır zəhərlənib
15 Apr 2025 14:12

Məşhur SSRİ aktyoru Yuri Nikulinin oğlu Maksim Nikulinin səhhətində ciddi problem yaranıb. SHOT Telegram kanalının yaydığı məlumata görə, "Çvetnoy" bulvarındakı Moskva sirkinin bədii rəhbəri olan Maksimin şiddətli ağrıları olub. O, təcili olaraq həkimə müraciət etdiyini bildirib.


Telegram kanalının məlumatına görə, 68 yaşlı Maksim Nikulin gecə saatlarında qarın nahiyəsində şiddətli ağrılar və susuzluq səbəbindən evə təcili yardım çağırıb. İlkin səbəb kimi ağır zəhərlənmə və infeksiya göstərilib.


Maksim özü TASS-a açıqlamasında səhhətinin pis olması ilə bağlı suala lakonik şəkildə cavab verib: “Bu xəbər doğrudur".

Tural


Sizin reklam burada
Sizin reklam burada