ABŞ prezidenti Donald Tramp Rusiya ilə yaxınlaşma yolunda maneəni aradan qaldırmaq üçün Ukraynadakı münaqişəni həll etmək niyyətindədir. Bu fikirlər Amerikanın “The Wall Street Journal”ında dərc olunan məqalədəndir.
Müəllif yazıb: "Tramp Kremllə yaxınlaşma yolundakı maneəni aradan qaldırmaq üçün Ukraynada qismən də olsa müharibəni dayandırmağa ümid edir. O, bəzən Putinə qarşı səbirsiz görünsə də, Rusiya neftinin ixracına yeni sanksiyalar tətbiq etmək hədəsinə əməl etməyib".
Daha əvvəl “The Wall Street Journal”ın məqaləsində ABŞ-nin dövlət katibi Marko Rubio və xüsusi elçi Keyt Kelloqun Trampa Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı daha sərt mövqe sərgiləməsini tövsiyə etdiyi yazılmışdı.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural