Bakıda yaşayış binası YANIR-YENILƏNDİ

Bakıda yaşayış binası YANIR-YENILƏNDİ
15 Apr 2025 17:04

Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb ediliblər.

Bu barədəNews365.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

***

Bakının Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədəNews365.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada