Sahibkarlar arasında QALMAQAL

Sahibkarlar arasında QALMAQAL
15 Apr 2025 14:56

Şəmkirdə təsərrüfat sahibi restoran sahibindən narazıdır. 

Sahibkar Elxan Əliyev Şəmkir rayonunda Şəmkir Quşçuluq Fabrikinin sahibidir. Bununla yanaşı təxminən 1500 ha ərazidə buğda, qarğıdalı əkini aparır.

News365.az xəbər verir ki, onun sözlərinə görə, restoran sahibi Tural Zeynalov ona işləməyə, əkin işləri aparmağa imkan vermir. Müsahibimizin sözlərinə görə, quşçuluq fabrikindən çıxan quş peyini gübrə əvəzinə sahələrə səpilir.  Amma bu Tural Zeynalovu qoxu səbəbindən narahat edir. Elxan Əliyev deyir ki, gübrə baha olduğundan və peyin ekoloji cəhətdən təmiz, eləcədə  bol məhsul verdiyindən sahələrinə məhz bunu edir. Qoxu isə təxminən cəmi bir və ya iki saat çəkir. 

“Qoxuya görə narazılıq edir. Deyir torpağa peyin verməyin. Bir-iki saatlıq qoxu olur. Torpağa dədə-babadan gübrə verilib. Bu ekoloji, təmiz gübrədir. Bu torpaq burada qalacaq ki, əkin olsun, növbəti nəsillərə qalsın. Burada qeyri-qanuni heçnə yoxdur."

Bir başqa sahibkar Xəqani Novruzovda əkin sahəsinə quş peyini verib.

“Bizim 45ha ərazimiz var. Bizdə quş peyinindən istifadə edirik. Məhsulumuz göz qabağındadır. Hər il peyinə 30 - 40 min pul verirdik. Elxan müəllim sağolsun. Bizə pulsuz verir peyini biz də öz ərazimizə veririk.  Hər il iki ton məhsul alırdıq bu il peyinin hesabına 4-5 ton məhsul alacağıq bu əkindən. Qoxu isə iki saat olur.”

Məsələ ilə bağlı qarşı tərəfin adıçəkilən Tural Zeynalovun da fikrini öyrəndik. 

“Aqronomlarda yəqin ki, təsdiq edər. Torpağa peyin belə yaş halda verilməməlidir. Hardasa qurumalıdır ətraf mühitə ziyan vurmadan tətbiq edilməlidir. Anbar kimi yaradıb, götürür hamısını tökür üst-üstə sonra traktorla başlayır ərazilərinə səpməyə. Əliyaqublu, Çinarlı kəndlərinə qədər qoxu gedir. Niyə təkcə məni deyir ki, mən şikayətçiyəm? Gübrə bahadır mal peyini var. Mal peyini ətraf mühitə yayılmır”

Hər halda biz hər iki tərəfin mövqeyini göstərdik. Ümid edirik ki, tərəflər ortaq məxrəcə gələcəklər.


Sizin reklam burada
Sizin reklam burada