"Aprelin əvvəlində aparılan danışıqlar əsasında aprelin sonuna qədər sülhlə bağlı müəyyən irəliləyişlərin olması nəzərdə tutulurdu. Ola bilər ki, hətta müharibənin dayandırılması məsələsi də aprelin sonuna planlaşdırılsın."
Politoloq Anar İsayev bu sözləri News365.az-a açıqlamasında deyib.
"Bildiyiniz kimi, Zelenksi Vladimir Putindən fərqli olaraq, öz mövqeyindən çıxış edərək dünya dövlətlərini, xüsusilə sülh prosesində iştirak edən ölkələrin liderlərini Ukraynaya, Kiyevə səfərə dəvət etdi. Yəni, əslində bu səfər Rusiyaya qarşı bir addım kimi də qiymətləndirilə bilər.
Bu fonda hansısa gərginliyin yaşanması mümkündürmü? Belə bir ehtimal ola bilərmi? Qeyd etmək istəyirəm ki, hazırkı vəziyyətdə Avropa İttifaqı ölkələri ilə yanaşı, Rusiya-Ukrayna danışıqları kontekstində digər ölkələr də prosesə cəlb olunub. Həmçinin ABŞ-ın sülh planı da gündəmdədir. Bildiyiniz kimi, Donald Tramp bir neçə ay əvvəl bu məsələni qabartmışdı və bir neçə aydan sonra yenidən gündəmə gətirə bilər.
Lakin görünən odur ki, vəziyyət hələ də gərgindir. Müharibə daha da şiddətlənir və Rusiya təkcə cəbhə xəttində deyil, Ukraynanın daxili şəhərlərini, o cümlədən sülh şəhərlərini də hədəfə alır."