Magistr imtahanlarına qeydiyyat başa çatdı

Magistr imtahanlarına qeydiyyat başa çatdı
15 Apr 2025 16:52

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.

News365.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Məlumata əsasən 17454 bakalavr ərizəsini təsdiq edib. Bunlardan 15 998-i Azərbaycan bölməsi, 1 456-sı isə rus bölməsinin bakalavrlarıdır.

Yaxın günlərdə “İmtahana buraxılış vərəqəsi” təqdim olunacaq.

Qeyd edək ki, imtahan mayın 11-də keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada