Bouz növbəti dəfə Zelenskini aşağıladı

Bouz növbəti dəfə Zelenskini aşağıladı
15 Apr 2025 15:12

Ukrayna lideri Vladimir Zelenski Vaşinqtonun Moskvaya qarşı “isti münasibət” bəslədiyini iddia etməklə onu göstərir ki, ABŞ-nin  münaqişə ilə bağlı həqiqəti ifşa etmək istəyi onun xoşuna gəlmir. Bu barədə tanınmış irlandiyalı jurnalist Çay Bouz X (keçmiş Twitter-red.) sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, Ukrayna liderini "narkofürer" də adlandırıb.

"Narkofürer həqiqətin amerikalıların xoşuna gəlməsindən narazıdır",- o deyib.


Bouz qeyd edib ki, demokratlar Kiyevə hərtərəfli dəstək verəndə, ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin dövründə Zelenski daha rahat idi.

Xatırladaq ki, aprelin 14-də Ukrayna lideri CBS News kanalında yayımlanan “60 dəqiqə” proqramına müsahibə verib. Siyasətçi jurnalistlərlə söhbəti zamanı deyib ki, Vaşinqton Kiyevlə münasibətlərin zərərinə olsa belə Moskva ilə “isti dialoq tonu” saxlayır.

Tural


Sizin reklam burada
Sizin reklam burada