Növbəti mövsümdən Premyer Liqaya qayıdacaq “Qəbələ” artıq Bakıda deyil, doğma rayonunda məskunlaşacaq.
News365.az xəbər verir ki, komanda gündəlik məşqlərini də klubun öz bazasında keçirəcək.
Klub rəhbərliyi baş məşqçi Kaxaber Sxadadze ilə bu mövzuda razılaşıb. Futbolçulara isə seçim hüququ veriləcək, ya oteldə qalacaqlar, ya da onlar evlə təmin olunacaq.
Beləliklə, uzun illərdən sonra komanda paytaxtı tərk edir. Xüsusilə legionerlər Qəbələdəki həyatı cansıxıcı hesab etdiklərindən, bu vaxta qədər Bakını seçirdilər.