Həkimlər xeyli sayda maqnit udan uşağı xilas etdilər - FOTO

Həkimlər xeyli sayda maqnit udan uşağı xilas etdilər - FOTO
15 Apr 2025 15:50

Rusiyada həkimlər növbəti dəfə qəhrəmanlıq göstəriblər. Nijnevartovskda balaca uşaq 22 balaca maqnit topu udduğu üçün əməliyyat olunub. Bu barədə şəhər uşaq xəstəxanası məlumat yayıb.

"Dörd yaşlı uşaq 22 maqnit topunu udduqdan iki ay sonra xəstəxanaya yerləşdirilib. Bunlardan 20-si təbii yolla çıxıb, amma daha iki top daxili orqanlarda ilişib qalıb. Əvvəlcə ona imalə yazılıb, amma faydası olmayıb. Bundan sonra o, kolonoskopiyadan keçib. Oğlan cərrahiyyə əməliyyatına məruz qalıb və bu müddət ərzində toplar orqandan çıxarılıb. Həkimlər toxumada maqnitlərin yaratdığı dəlikləri tikiblər. Bundan sonra uşaq daha iki gün reanimasiyada yatıb və hazırda vəziyyəti stabildir", - məlumatda qeyd edilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada