Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) Alyaska sahillərində Rusiyaya məxsus hərbi təyyarə aşkar edib. Bu barədə qurumun saytında məlumat dərc olunub.
Agentliyin məlumatına görə, təyyarə aprelin 14-də görüntülənib.
“Komandanlıq Alyaska Hava Hücumundan Müdafiə Sistemi Zonasında fəaliyyət göstərən Rusiya hərbi təyyarəsini aşkar edib və on sonadək izləyib”, - məlumatda deyilir.
Qeyd olunub ki, Rusiya təyyarəsi beynəlxalq hava məkanında qalıb və ABŞ və Kanadanın suveren hava məkanına daxil olmayıb.
Tural