ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens diqqət çəkən açıqlamalar verib. O, deyib ki, Avropa təhlükəsizlik sahəsində Vaşinqtonun “daimi vassalı” olmamalı, öz müdafiəsini təkmilləşdirməlidir. Onun sözlərini UnHerd sitat gətirib.
Vens qeyd edib ki, Avropa güclənməli və özünün müdafiə tədbirləri üzərində işləməlidir. Çünki Avropa ölkələrinin əksəriyyətinin onları ağlabatan müdafiə ilə təmin edə biləcək orduları yoxdur.
"Mən istəmirəm ki, avropalılar amerikalıların onlara dediklərini etsinlər. Mən bunun onların maraqlarına uyğun olduğunu düşünmürəm və bunun bizim də maraqlarımıza uyğun olması qənaətində deyiləm. Təhlükəsizlik sferasında ABŞ-nin vassalı olmaq Avropanın maraqlarına uyğun deyil", -Ağ Ev rəsmisi qeyd edib.
Tural