Premyer Liqa: "Qarabağ" "Kəpəz"i məğlub edib

Premyer Liqa: "Qarabağ" "Kəpəz"i məğlub edib
21:00

"Qarabağ" komandası Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

News365.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv VII turda "Kəpəz"i qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qalibiyyəti ilə bitib.

37-ci dəqiqədə Samy Mmae fərqlənib. Rəqiblərindən bir oyun az keçirən Ağdam klubu 13 xalla ikinci pillədə qərarlaşıb. Yeddi matçın hamısında məğlub olan Gəncə təmsilçisi 12-ci sıradadır.

Günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gələcək.

Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.


Sizin reklam burada
Sizin reklam burada