Oyunun 64-cü dəqiqəsində Anatoli Banişevski Fransanın qapısından möhtəşəm bir zərbə ilə topu keçirir. Fransızlar şokda idi. Banişevski möhkəm qorunan Fransa müdafiəsini yararaq topu Daniel Eonun qapısından keçirdi.
Qeyd edim ki, 1965- ci ilin 20 oktyabrında Fransa ilə keçirilən yoldaşlıq görüşü zamanı da oyunun 37-ci dəqiqəsində Metrevelinin ötürməsini alan Banişevski tullanıb başla topu qapıya göndərdi. Stadion alqışlarla onun zərbəsini qeyd etmiş idi..
Fransa Azərbaycan futbolunun oyunçularının gücünü zəif bilməsin. Ola bilsin ki, biz bu gün uduza da bilərik, bərabərə qala da. Amma Fransa futbol tarixində Azərbaycanlı Banişevskinin zərbələrini xatırlasın. Park de Prens stadionda minlərlə insanın, milyonlarla fransızın TV kanalda baxdığı oyunda onların qapısından top keçirən məhz Azərbaycanlı idi.