İranın Trampa tələbi açıqlanıb - Xameneinin müşaviri danışdı

İranın Trampa tələbi açıqlanıb - Xameneinin müşaviri danışdı
11:47

“İran ABŞ-la nüvə danışıqlarını bərpa etməyə hazırdır”.

News365.az xəbər verir ki, bunu İranın ali liderinin xarici siyasət üzrə müşaviri Kamal Xərrazi deyib.

“Onlar müəyyən etdiyimiz şərtlərlə əməkdaşlığa hazır olduqlarını göstərmək üçün ilk addımı atmalıdırlar. Bu, bərabərlik və qarşılıqlı hörmətə əsaslanmalıdır. Təəssüf ki, Prezident Donald Tramp diplomatik müdaxiləyə inanmır, lakin öz məqsədlərinə çatmaq üçün gücdən istifadə etməyə üstünlük verir”, – o bildirib.


Sizin reklam burada
Sizin reklam burada