10 qadın Atlantik okeanını keçərək COP30-a çatdı

10 qadın Atlantik okeanını keçərək COP30-a çatdı
15:51

34 günlük səfərdən sonra Belçikalı fəal Mayte Meüs və “Women Wave Project”in digər doqquz qadın üzvü bir neçə gün əvvəl Braziliyanın Belem şəhərinə çatıblar.

Onların məqsədi BMT-nin İqlim Konfransında (COP30) qadınların səsinin eşidilməsini təmin etməkdir.
 

Fransanın Sen-Nazer şəhərindən oktyabrın əvvəlində yola düşən komandada altı gənc fəal və dörd peşəkar dənizçi qadın yer alıb.


Onlar "L'Esprit d’Equipe" adlı dünyaca məşhur yelkənli yarış gəmisində Kanar adalarında dayanaraq Atlantik okeanını keçiblər.

Brüsseldə yaşayan "Balance ton Bar" və "Projet Artemise" kimi QHT-lərin qurucusu Mayte Meüs bu səfərin həm siyasi, həm də şəxsi xarakter daşıdığını deyib:

"Atlantiki yalnız qadınlardan ibarət komanda ilə keçmək həm intensiv, həm də simvolik idi. Biz COP-da daşıdığımız mesajı öz həyatımızda göstərmək istədik: qadınlar böhranlarla ilk üzləşənlərdir, amma qərar masasında nadir hallarda yer alırlar”.

Səfər məşəqqətli olub: qasırğalar, yuxusuz gecələr, dar məkan, duşsuz günlər. Qadınlar iki saatlıq növbələrlə yatıb, dəniz suyunda yuyunublar. Yola düşməzdən bir neçə gün əvvəl gəmini dəyişmək məcburiyyətində qalıblar və hətta Braziliya sahillərinə yaxınlaşanda pirat hücumu riski səbəbindən donanma tərəfindən müşayiət ediliblər.

"Women Wave Project" Fransa və Belçikadan olan altı fəalı bir araya gətirir: Kamill Etyen, Adelaid Şarlier, Mariam Turé, Kolin Balfroid, Lusi Morau və Mayte Meüs. İndi Belemə çatan fəallar bir neçə həftə ərzində COP-un rəsmi "mavi zonasını" və vətəndaş cəmiyyətinə açıq "yaşıl zonanı" izləyəcəklər.


Sizin reklam burada
Sizin reklam burada