Çincə səsləndirilən azana dinşünasdan SƏRT TƏPKİ: “Bu təxribatdır” -VİDEO

Çincə səsləndirilən azana dinşünasdan SƏRT TƏPKİ: “Bu təxribatdır” -VİDEO
13:55

İran məscidlərindən birində maraqlı hadisə yaşanıb. Cümə imamı azanı Çin dilində oxuyub. İstifadəçilərdə həm təəccüb, həm də gülüş doğuran kadrlar sürətlə sosial şəbəkələrdə yayılıb.

Azanın Çin və yaxud digər dildə səsləndirilməsi nə qədər doğrudur?

Suala dinşünas Tural İrfan aydınlıq gətirib. News365.az -a açıqlamasında o deyib ki, bu hadisə İran din xadimlərinin müxtəlif dillərdə azan oxumaq üçün necə eksperiment etdikləri barədə müzakirələri yenidən gündəmə gətirib:

“İslam alimləri arasında qəbul etmiş ənənə budur ki, əzan və namaz yalnız ərəbcə oxunmalıdır. Yalnız digər dualar, münacatlar, moizə və xütbələr istənilən dildə oxuna bilər. Əsas odur ki, hər kəsin anladığı dil olmalıdır. İran mollasının məsciddə Çin dilində minbərdə əzan oxuması, camaatın da onu rişğənd obyektinə çevirməsi qəbahət işdir. İslam elmləri arasında bəlağət, xitabət, fəsahət şöbələri var. Oxunan kəlamlar rişxəndə çevrilməyəcək tərzdə və dildə oxunmalıdır. Əzan, mərsiyyə, nohə kimi şeylər Çin, yapon dilinə uyğun deyil və o dildə oxunduqda əcaib nümunə ortaya çıxa bilər, necə ki, çıxıb. Hər dilin öz xüsusiyyətləri, öz məziyyətləri var. Hər duanın da həmçinin. Ümumiyyətlə İranda rejim mollaları hər cürə vəchlə İslam dinini fürsət düşdükcə təhqir edirlər. Siyasi maraqlar naminə İslamı rişğənd obyektinə çevirməkdən belə çəkinmirlər. Ola bilsin bu kimi mollaları yetişdiriblər ki, gedib Çində şüubiyyə məxfi təşkilatının adını din qoyduqları Sasani ideoqogiyasını təbliğ etsin. Yəqin öz məscidlərində də məşq edirmiş. Lakin bu kimi əcaib, qəraib əməllər dini lağ mənbəyinə çevirdiyi və dini ənənələrə müxalif olduğu üçün doğru deyil. Müvafiq dildə oxunub tərcümə edilə bilər, yoxsa Allahın kəlamını bu cür hala salmaq qətiyyən yolverilməzdir”.

News365.az 



Sizin reklam burada
Sizin reklam burada