Sabirabadda azyaşlıya qarşı seksual hərəkətlər etməkdə təqsirləndirilən Mərdan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
News365.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Sabirabad rayonu Qaratəpə kəndində baş verib. Sosial şəbəkələrdə 64 yaşlı kişinin azyaşlıya qarşı seksual hərəkətlər etməsinin videogörüntüləri yayılıb. Bu görüntülərdən sonra kənd sakini Mərdan Hüseynov saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 150.3.3 –cü (Seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.