Kamal Umudlu İngiltərənin oyununu idarə edəcək

Kamal Umudlu İngiltərənin oyununu idarə edəcək
18:37

FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

 

News365.az xəbər verir ki, o, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq.

 

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

 

Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


Sizin reklam burada
Sizin reklam burada