“Dünya Göz” klinikasının vergi borcu 500 mini keçdi - Ruhi Əliyeva ilə bağlantısı diqqət çəkdi

“Dünya Göz” klinikasının vergi borcu 500 mini keçdi - Ruhi Əliyeva ilə bağlantısı diqqət çəkdi
18:53

"Dünya Göz Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Dünya Göz klinikası) dövlətə vergi borcu yarım milyon manatı ötüb.

News365.az-ın 32gün.az-a istinadən məlumatına görə, klinikanın bu günə olan vergi borcu 589736.69 AZN təşkil edir.

Qanuni təmsilçisi Adem Esgün olan "Dünya Göz Azərbaycan"ın nizamnamə kapitalı 10000AZN-dir.

Maraqlısı bundadır ki, bu qədər borcu olan xəstəxana ölkənin reytinqli verilişlərində reklam olunmaqdan da çəkinmir.

Onu da qeyd edək ki, "Dünya Göz" klinikası iş xanımı, sabiq müğənni Ruhi Əliyevanın rəhbəri olduğu “Liatris Holding”in partnyorudur.


Sizin reklam burada
Sizin reklam burada