ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı qəbul edib.
News365.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Şahzadəsi səkkiz ildən sonra Vaşinqtona ilk səfərini edib. Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək və müzakirələr aparılacaq. Bura ABŞ-Səudiyyə Ərəbistanı təhlükəsizlik əlaqələri, o cümlədən Birləşmiş Ştatların Səudiyyə Ərəbistanına “F-35” qırıcı təyyarələrini satması, silah müqavilələri, ticarət və investisiya daxildir.
Tramp görüşdə həmçinin Səudiyyə Ərəbistanının Abraham Sazişinə qoşulmasını və İsrail ilə münasibətləri normallaşdırmasını müzakirə edib.