Avropada Rusiya-Təhlükəsizlik Strategiyası və Polşanın Rolu

Avropada Rusiya-Təhlükəsizlik Strategiyası və Polşanın Rolu
11:04

Polşanın anti-Rusiya mövqeyi, Avropa İttifaqı daxilindəki parçalanmalar və Ukrayna ilə bağlı təhlükəsizlik məsələləri regionda diqqət mərkəzindədir. Politoloqlar hesab edirlər ki, Rusiyanın strategiyası Avropa ölkələrini ehtiyatlı olmağa məcbur edir və Ukraynaya yardımların miqdarı ilə bağlı qərarları təsir edir.

Politoloq Turab Rzayev News365.az-a açıqlamasında bildirib ki, Polşa faktiki olaraq anti-Rusiya mövqeyini qoruyur. Tarixi səbəblər burada mühüm rol oynayır: Rusiya dövlətinin yaranması və müstəqilliyi, Romanovların Polşa istilasına qarşı mübarizəsi ilə bağlıdır. Rusiya tarixi, bir mənada, Polşa əsarəti fonunda formalaşıb.


"Müasir dövrdə Polşa həm Britaniyanın, həm də müəyyən dərəcədə İsrailin mövqeyini dəstəkləyir və Avropa İttifaqı daxilində ABŞ və Britaniyanın təsirini əks etdirir. Eyni zamanda Fransa və Almaniya arasındakı fikir ayrılıqları ittifaq daxilində parçalanmalara səbəb olur. Bu da Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərin bəzən parçalanmış görünməsinə gətirib çıxarır.

Rusiyadan birbaşa hücum gözləmək lazım deyil. Əslində Rusiya daha çox qorxu yaratmaq strategiyasını yürüdür. Məsələn, Ukrayna və Rusiya ərazisindən Polşaya göndərilən ucuz dronlar Avropada müəyyən həyəcan yaratdı. Bu dronların maya dəyəri çox aşağıdır – 15–30 min dollar civarında, bəzən 500 min dollardan da az. Lakin bu dronlar Polşanın hava məkanını daim diqqətdə saxlamasına və milyonlarla dollarlıq müdafiə xərclərinə səbəb olur.

Eyni zamanda, Polşa və digər ölkələr Ukraynaya yardımı davam etdirərkən, Rusiyanın yaratdığı təhdid onları ehtiyatlı olmağa məcbur edir. Onlar öz ordularını qorumaq üçün yeni silahlar almalı və müəyyən hallarda Ukraynaya göndərəcəkləri dəstəyin miqdarını tənzimləməlidirlər."


Sizin reklam burada
Sizin reklam burada