“Real Madrid”in ulduz futbolçusu Vinisius Juniorun baş məşqçi Xabi Alonso ilə yaşadığı gərginlik onun komandadan ayrılması ehtimalını artırıb.
“Çelsi” braziliyalı hücumçunu transfer etmək üçün hərəkətə keçib. “Fichajes” nəşri London klubunun Vinisius üçün 150 milyon avro dəyərində rəsmi təklif hazırladığını yazıb.Əgər bu keçid reallaşsa, 25 yaşlı vinger “Çelsi” tarixinin ən bahalı transferi olacaq.
Qeyd edək ki, Braziliya millisinin üzvü olan Vinisius Junior bu mövsüm “Real Madrid”lə 22 rəsmi oyunda iştirak edib, 6 qol vurub və 5 assist edib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.