Xalq artistinin dəfn yeri açıqlandı - YENİLƏNİB

Xalq artistinin dəfn yeri açıqlandı - YENİLƏNİB
19 Noy 2025 12:50

Xalq artisti Roza Cəlilova II Fəxri xiyabanda dəfn olunacaq 

News365.az bildirir ki, bu barədə nəvəsi Lalə Aslanur məlumat verib.

***

"Noyabrın 19-u, saat 04:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən çağırış qeydə alınıb".


News365.az xəbər verir ki, bu məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verib.


Qeyd olunub ki, çağırış ünvana təcili tibbi yardım briqadası cəlb olunub.


"Təcili tibbi yardım briqadası tərəfindən Xalq artisti Roza Cəlilovanın həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanıb.

***

Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edib

News365.az xəbər verir ki, hadisə sənətkarın yaşadığı mənzildə - Bakının Səbail rayonunda T. Elçin küçəsi 5 ünvanında qeydə alınıb.

Məlumata görə, Roza Cəlilova həkimə çatdırılmadan əvvəl vəfat edib.

 Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada