Avropada Ukrayna yardımı: Dəstək davam edir, amma koordinasiya çatışmır

Avropada Ukrayna yardımı: Dəstək davam edir, amma koordinasiya çatışmır
10:51

Avropanın Ukraynaya yardımı davam etsə də, bu proses həm korrupsiya faktları, həm də bəzi Avropa ölkələrindəki siyasi müxalifət tərəfindən sual altına alınır. Təhlükəsizlik ekspertləri hesab edirlər ki, Avropa liderləri Ukraynaya dəstəyin vacibliyini dərk edir, lakin bu yardımın koordinasiyası və tətbiqi hələ tam səmərəli deyil.

Təhlükəsizlik eksperti İlham İsmayıl bu sözləri News365.az-a açıqlamasında bildirib ki,  çox təsadüf yoxdur, amma bu güzəş məsələsi həm də Putinin şərtidir.


"Hesab edirəm ki, o güzəş artıq əvvəlki formada mümkün deyil. Siz deyirsiniz ki, koordinasiyalar mövcuddur, amma məncə əsas aparıcı qüvvələr – Avropanın güclü ölkələri, Fransa, Böyük Britaniya və Almaniya – bu məsələdə Zelenskinin mübarizliyini qiymətləndirirlər.

Hətta Finlandiyanın prezidenti də bildirib ki, bütün korrupsiya faktları, nə qədər ağır olsa da, Ukraynaya yardımı dayandırmaq üçün kifayət deyil. Onun fikrincə, bu yardım həm Ukraynanın, həm də Avropanın təhlükəsizliyi üçün vacibdir.

Avropada məsələyə bir mənalı yanaşma yoxdur. Sosial proqramları geniş olan Avropa ölkələri əsasən diqqət yetirirlər ki, Ukraynaya yardım davam etsin. Eyni zamanda məlumatlar gəlir ki, burada milyonlarla dollar dəyərində korrupsiya halları mövcuddur. Bu da Avropanın daxilində müxalif qüvvələr tərəfindən istifadə olunur; onlar bəzi ölkələrdə Ukraynaya yardımların dayandırılmasını tələb edirlər.

Son vaxtlarda Ukraynadan gələn böyük miqdar insanın Avropada qarşılanması da həmişə ürəklə olmur və onlara ayrılan maliyyə resursları da azaldılır. Mən hesab edirəm ki, burada tam koordinasiya yoxdur. Əgər koordinasiya olsaydı, Almanya, Fransa və Böyük Britaniyadan bu ölkələrin aparıcı qüvvələrindən gözlənilən addımlar daha aydın olardı. Məsələn, Fransa görüşündən əvvəl və Türkiyə görüşü ərəfəsində bu vəziyyət aydın görünür. Eyni zamanda, Avropa liderləri ilə Zelenskinin müəyyən məsələlər üzrə danışıqları davam edir.



Sizin reklam burada
Sizin reklam burada