Ukrayna Prezidenti Vladimir Zelenski rəsmi səfər çərçivəsində Türkiyəyə gedib.
News365.az xəbər verir ki, Prezidentin təyyarəsi hava limanına enərkən onu qarşılayanlar arasında Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da olub.
Qeyd edək ki, bir müddət əvvəl bəzi KİV-lərdə Umerovun iddia edilən şəkildə Ukraynaya qayıtmaqdan imtina etdiyi barədə məlumatlar yayılmışdı. Onun Zelenskini Türkiyədə qarşılaması bu xəbərlərin doğruluğuna şübhə yaradır.
Səfərin proqramı və görüşlərin detalları hələ açıqlanmayıb.