Mədəniyyət Nazirliyində hərəkətlilik: Rəsmi qurum araşdırmaya başladı

Mədəniyyət Nazirliyində hərəkətlilik: Rəsmi qurum araşdırmaya başladı
10:13

Bir sıra incəsənət nümayəndəsinin dövlət tədbirlərinə dəvətlərdə şəffaf seçim mexanizmini iddia etməsi ilə yaranmış qalmaqal bitmək bilmir.

News365.az İTV-yə istinadla xəbər verir ki, onların sözlərinə görə, illərdir bu siyahıda eyni adlar olur.

Etirazçılardan biri olan Təranə Mahmudova bildirib ki, uzun illərdir caz vokalla məşğul olan müğənni kimi heç bir dövlət tədbirinə dəvət almır:

"Artıq neçə ildir ki, caz vokalla məşğul olan bir musiqiçi kimi heç bir dövlət tədbirində yoxam. Ümumiyyətlə, Azərbaycanı təmsil etmək istəyirəm. Neçə dəfə müraciət etmişəm, caz konsertlərimin olduğunu söyləmişəm. Dünyanın məşhur müğənnilərini bura dəvət etmişəm. Mənim hazır qrupum da var. Azərbaycanımızı təmsil edə bilərəm".

Kamança ifaçısı Şəhriyar Musayev bildirib: "Bu altı ay ərzində bizdən izahatlar götürüldü. Tək mən deyiləm, bir çox ifaçılar. Pərviz Qasımov, Almaxanım özü, bir çox sənətçilər dəvət olundu. Bizimlə daxili nəzarət şöbəsi əlaqə saxladı. İzahatlar alınsa da, çox təəssüf ki, altı ay ərzində nəticəsiz qaldı", - deyə o vurğulayıb.

Mədəniyyət Nazirliyindən bildirilib ki, yayılan iddialarla bağlı araşdırmalar aparılır.

 


Sizin reklam burada
Sizin reklam burada