Peter Pelleqrini Qarabağa səfər edəcək

Peter Pelleqrini Qarabağa səfər edəcək
11:45

Bu il Slovakiya ilə Azərbaycan arasında bir sıra yüksək səviyyəli rəsmi və işgüzar səfərlər planlaşdırılıb.

News365.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov deyib.

Səfirin sözlərinə görə, bu il Slovakiya Prezidenti Peter Pelleqrini və Slovakiya Milli Şurasının sədri Rixard Raşinin Azərbaycana səfərləri nəzərdə tutulur.

“Hazırda bu səfərlərin vaxtının razılaşdırılması istiqamətində iş aparılır. Bizdə olan məlumata görə, Prezident və Milli Şuranın sədri Azərbaycana səfərləri zamanı azad olunmuş ərazilərə də baş çəkməyi planlaşdırır”, - diplomat qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada