Bu şəxslər maşın sürə bilməyəcək- YENİ QAYDA

Bu şəxslər maşın sürə bilməyəcək- YENİ QAYDA
16:19

News365.az xəbər verir ki, dünyada sürücülük yaşı adətən 18-dən başlasa da, yuxarı yaş həddi ölkədən-ölkəyə dəyişir və bir çox hallarda konkret limit müəyyən edilmir.

Mütəxəssislərin fikrincə, yaşlı sürücülər çox vaxt daha ehtiyatlı və diqqətli olurlar. Lakin həm qanunvericilik, həm də insanın fiziki vəziyyəti bu məsələdə əsas rol oynayır.

Məsələn, Almaniyada yaşlı sürücülər üçün əsasən görmə qabiliyyəti yoxlanılır. İtaliyada 50 yaşdan sonra sürücülük vəsiqəsi hər beş ildən bir yenilənir. Çində isə əvvəllər tətbiq edilən 70 yaş məhdudiyyəti 2020-ci ildə ləğv olunub. Rusiyada 60 yaşdan yuxarı şəxslər sürücülük vəsiqəsini hər il yeniləməlidirlər.

Azərbaycanda isə sürücülük üçün yuxarı yaş həddi rəsmi olaraq müəyyən edilməyib. Lakin yaş artdıqca sürücülər daha tez-tez tibbi müayinədən keçməli olur və vəsiqələr daha qısa müddətə verilir. Ciddi görmə problemi və ya Demensiya, Epilepsiya kimi nevroloji xəstəliklər aşkarlandıqda isə sürücülüyə icazə verilmir.

Ekspertlər bildirirlər ki, yaşlı sürücülərin sükan arxasında təhlükəsizliyinə təsir edən əsas amillər görmə zəifləməsi, reflekslərin ləngiməsi və qəbul edilən dərmanlardır. Xüsusilə sakitləşdirici və yuxugətirici preparatlar diqqəti azalda bilər.

Qeyd olunur ki, bu sahədə tətbiq edilən yoxlamalar həm sürücülərin, həm də digər yol iştirakçılarının təhlükəsizliyini təmin etməyə yönəlib.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada