“Əsgərlərinizi nəinki Daş dövrünə, ondan da əvvəlki dövrə göndərəcəyik”

“Əsgərlərinizi nəinki Daş dövrünə, ondan da əvvəlki dövrə göndərəcəyik”
17:33

İran hərbçiləri ABŞ-nin ünvanına hədələr səsləndirib.

News365.az TASS-a istinadən xəbər verir ki, İranın quru qoşunlarının komandanı Əli Cahanşahi ölkəyə qurudan hücum olarsa, ABŞ ordusunu “Daş dövründən də əvvəlki vəziyyətə” qaytaracaqlarını bildirib.

Onun sözlərinə görə, İran ordusu uzun illər davam edən təlimlərdən sonra ölkəni müdafiə etməyə tam hazırdır: “Biz sizin əsgərlərinizi nəinki Daş dövrünə, ondan da əvvəlki dövrə göndərəcəyik”.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibədən bəhs edərkən “Bu hücumlarla İranı aid olduqları yerə, Daş dövrünə qaytaracağıq” ifadəsini işlətmişdi.


Sizin reklam burada
Sizin reklam burada