"ABŞ-ın hərbi addımlarına dəstək zəifdir" - Zaur Məmmədov

"ABŞ-ın hərbi addımlarına dəstək zəifdir" - Zaur Məmmədov
10:09

Politoloq Zaur Məmmədov beynəlxalq gündəmdə baş verən proseslərlə bağlı açıqlama verib.

O, News365.az-a bildirib ki, son günlər dünyada baş verən hadisələr, xüsusilə enerji və təhlükəsizlik məsələləri ciddi suallar doğurur.

Onun sözlərinə görə, bəzi ölkələrin vahid koalisiya şəklində çıxış etməməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

Politoloq qeyd edib ki, məsələ ilə bağlı müxtəlif bəyanatlar səsləndirilsə də, hazırda heç bir ölkənin kritik nəqliyyat və enerji marşrutlarına tam nəzarət etmək imkanı yoxdur. Bu baxımdan, beynəlxalq güclər arasında fikir ayrılıqları açıq şəkildə hiss olunur.

Zaur Məmmədov vurğulayıb ki, neft qiymətlərinin artması ən çox Avropa İttifaqı ölkələrinə mənfi təsir edir. Eyni zamanda, ABŞ iqtisadi sabitlik baxımından güclü mövqeyə malik olsa da, enerji bazarındakı rəqabət vəziyyəti daha da gərginləşdirir.

Ekspert əlavə edib ki, Böyük Britaniya artıq yeni koalisiyanın yaradılması ilə bağlı bəyanatlar verib. Bu koalisiyanın əsas məqsədi strateji əhəmiyyətli bölgələrdə təhlükəsizliyin təmin olunması və mövcud problemlərin aradan qaldırılmasıdır.

Onun sözlərinə görə, müzakirələrdə Almaniya da iştirak edir, lakin hələlik bir çox ölkələr ABŞ-ın mümkün hərbi addımlarını dəstəkləmək niyyətində deyil.

Politoloq hesab edir ki, mövcud vəziyyətdən çıxış yolları əsasən Avropa ölkələrinin atacağı addımlardan asılı olacaq.

News365.az


Sizin reklam burada
Sizin reklam burada