ABŞ-İsrail əməliyyatları İranda gərginliyi artırıb

ABŞ-İsrail əməliyyatları İranda gərginliyi artırıb
15:50

ABŞ və Qərb kəşfiyyatının məlumatlarına görə, İsrail ilə birgə həyata keçirilən hərbi əməliyyatlar İranda vəziyyəti gərginləşdirib.

News365.az xəbər verir ki, mütəxəssislər bildirir ki, endirilən zərbələr dərhal hakimiyyət dəyişikliyinə səbəb olmasa da, ölkənin dini idarəetmə sistemində daxildən gərginlik yaradıb.

“The New York Times” qəzetində dərc olunan təhlildə Tehran hakimiyyətinin hazırda strateji siyasi qərar vermək imkanlarının məhdud olduğu qeyd olunur. Hərbi fəaliyyət davam etsə də, İranın beynəlxalq siyasətdə manevr imkanları əhəmiyyətli dərəcədə azalıb.

Qərb mediası həmçinin İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxilində radikal qrupların sürətlə nüfuz qazandığını vurğulayır. Yeni dini lider Müctəba Xameneinin hökumət üzərində nəzarəti qeyri-müəyyən olaraq qiymətləndirilir, bəzi analitiklər onun yalnız simvolik rol oynadığını və real gücün SEPAH-da toplandığını bildirirlər.

Ekspertlər isə yaxın perspektivdə İranda köklü hakimiyyət dəyişikliyinin baş verməyəcəyini proqnozlaşdırır. Bunun əsas səbəbi Tehranın hələ də daxili resursları ilə sistemi bərpa edə bilməsidir. Lakin hazırkı idarəetmə modeli uzun müddətdə daha böyük siyasi böhranlara zəmin yarada bilər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada