İran televiziyasından ABŞ pilotları ilə bağlı ŞOK ÇAĞIRIŞ

İran televiziyasından ABŞ pilotları ilə bağlı ŞOK ÇAĞIRIŞ
17:47

İran mənbələri ölkə ərazisində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-15E Strike Eagle" tipli qırıcının vurulduğunu və pilotların təxliyəsi üçün Amerika hava vasitələrinin əməliyyata başladığını iddia edir.

Musavat.com xəbər verir ki, yerli resurslar qəzaya uğramış təyyarəyə aid olduğu deyilən katapult oturacağının görüntülərini də paylaşıblar.

Məlumata görə, ABŞ-yə məxsus helikopterlər İranda itkin düşmüş pilotları axtararkən, onlara havadan "F-35" qırıcıları və "MQ-9" pilotsuz uçuş aparatları dəstək verir.

Amerika hərbi hava vasitələrinin İranın hava hücumundan müdafiə sistemlərinə yaxalanmamaq üçün olduqca aşağı hündürlükdə uçuşlar həyata keçirdiyi bildirilir.

Hadisə ilə bağlı İranın yerli televiziyaları da hərəkətə keçib.

Belə ki, efir vasitəsilə elan edilib ki, hər hansı bir ABŞ pilotunu sağ ələ keçirən şəxs dəyərli mükafatla təltif olunacaq. 


Sizin reklam burada
Sizin reklam burada