Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu + VİDEO

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu + VİDEO
10:12

Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır. 


News365.az xəbər verir ki, sürücülər də yaranan vəziyyətdən şikayətçidir.

“Bərbad vəziyyətdədir. Avtoqəzaların hamısı yolun vəziyyətinin nəticəsidir”, - sürücü bildirib.

Yararsız hala düşdükdən sonra yolun bəzi hissələrinə əlavə üzlük çəkilib. Bu səbəbdən də nəqliyyat vasitələri, demək olar ki, magistralın sağ hissəsindən istifadə etmirlər.

Xatırladaq ki, son günlər Masazırda Zəngilan şəhərciyi istiqamətində çəkilən asfaltın və Qaradağ rayonu Umbakı qəsəbəsindəki körpünün uçması da yol örtüyünün hansı keyfiyyətlə çəkilməsini sual altında qoyub.



Sizin reklam burada
Sizin reklam burada