Azərbaycan Mərkəzi Bankı (AMB) “CİBPay” MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
News365.az bu barədə AMB-yə istinadən xəbər verir.
Belə ki, tənzimləyici tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına prudensial hesabatların yanlış təqdim edilməsinə görə “CİBPay” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 manat məbləğində cərimə edilib.