2050-ci ilə qədər Latın Amerikası xərçəngdən ən çox təsirlənəcək - PROQNOZ

2050-ci ilə qədər Latın Amerikası xərçəngdən ən çox təsirlənəcək - PROQNOZ
14:03

2050-ci ilə qədər Latın Amerikasında xərçəng hallarının kəskin artacağı proqnozlaşdırılır

News365.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Latın Amerikası ölkələrində xərçəng xəstəliklərinin sayı 2050-ci ilə qədər 83% artacağı gözlənilir. Bu proqnozu tibb elmləri doktoru, cərrah və Beynəlxalq Xərçəng Əleyhinə İttifaqın direktorlar şurasının üzvü Mayra Kaleffi açıqlayıb.

Həkim bildirib ki, region ölkələrində xərçəngə yoluxma yüksək səviyyədədir və ölüm halları da getdikcə artır. Onun sözlərinə görə, gələcəkdə vəziyyət daha narahat edici olacaq.

Mayra Kaleffi vurğulayıb ki, ən çox zərəri aşağı və orta gəlirli ölkələr çəkəcək, çünki bu ölkələr xərçəngin sürətlə artan hallarına qarşı kifayət qədər hazır deyillər. Eyni zamanda, Latın Amerikası və Karib hövzəsi ölkələri də xüsusilə həssas kateqoriyaya daxildir.

Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyi (IARC)nin məlumatına görə, qlobal səviyyədə xərçəng xəstəliklərinin sayı 2022-ci ildəki 20 milyondan 2050-ci ildə 35,3 milyon nəfərə yüksələcək, ölüm hallarının isə 10 milyondan 18,5 milyona çatacağı proqnozlaşdırılır ki, bu da təxminən 85% artım deməkdir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada