“Yeni
reallıq odur ki, qəhrəman Ukrayna xalqı Rusiya işğalına qarşı dirənməklə, sonda
NATO və AB üzvü ola biləcəyini düşünür, həm də bunun üçün çalışır-vuruşur, ərazi
bütövlüyünün bərpası ilə yanaşı, qarşıya cəlbedici məqsəd kimi həm də bu iki məsələni
qoyur – amma, NATO dağılmaq üzrədir, ən azından, ciddi tranformasiya ərəfəsindədir,
AB ölkələrində artan sağ-millətçilik dalğası isə, bu qurumun cəlbediciliyini
ciddi sual altına qoyur, yeni üzv(lər) qəbulunu daha da çətinləşdirilir”.
Bunu News365.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli
deyib.
O, əlavə
edib ki, daha bir qəribə reallıq ondan ibarətdir ki, əvvəllər nüvə silahı
sülhün zəmanəti, nüvə silahına malik olan ölkələrin bir-biri ilə və ya nüvə
silahı olmayan ölkənin bu silaha malik olan dövlətə müqavimət göstərə, müharibə
apara bilməyəcəyi mütləq həqiqət sayılırdı:
“Yeni
reallıq fərqlidir – hər iki ölkədə nüvə bombası olmasına baxmayaraq Hindistan
ilə Pakistan ara-sıra döyüşür, Rusiyanın nüvə silahı var, amma, Ukrayna
limanlarını, zavodlarını, Urala qədər bütün ərazisini raket-dron atəşinə tutur.
Boynuna almasa da İsrailin də nüvə silahı var, amma, İran İsrailə tarixində
görmədiyi zərbələr vura bilir. Bax belə qəribə, mücərrəd, tabuların yıxıldığı
bir dünyada, yeni reallıqda yaşayırıq...”
News365.az