Rasim Balayevin vəzifələri ona həvalə olundu

Rasim Balayevin vəzifələri ona həvalə olundu
13:36

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini hazırda Xalq artisti Şəfiqə Məmmədova icra edir.

News365.az xəbər verir ki, bunu ittifaqın katibi Baba Vəziroğlu deyib.

"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir. Bu mənada, hazırda sədr vəzifəsinin səlahiyyətlərini o icra edir. Düşünürəm ki, qurultay üçün tələsməyə ehtiyac yoxdur".

Baba Vəziroğlu ittifaqda sədr seçkisi ilə bağlı qurultayın çağırılmasının uzun zaman çəkə biləcəyini də istisna etməyib.

"Ola bilsin, qurultayın çağırılması bir neçə ay, hətta bir il çəksin. Bunu demək həm çətindir, həm də tezdir. Bilirsiniz ki, ittifaqda bu kimi məsələlər katiblik səviyyəsində müzakirə olunur. Katiblik toplanacaq, həm cari, həm də perspektiv məsələlər müzakirə olunacaq. Amma faktiki olaraq, ittifaqa Şəfiqə Məmmədova rəhbərlik edir".


Sizin reklam burada
Sizin reklam burada