NATO-Avropa münasibətlərində yeni mərhələ- Politoloqdan şərh

NATO-Avropa münasibətlərində yeni mərhələ- Politoloqdan şərh
10:20

Politoloq Rüstəm Tağızadə beynəlxalq təhlükəsizlik və geosiyasi proseslərlə bağlı fikirlərini bölüşüb.

O, News365.az-a açıqlamasında bildirib ki, hazırkı vəziyyətdə beynəlxalq tərəflər arasında müəyyən parçalanma müşahidə olunur və praktik addımların atılması zəifdir.

Onun sözlərinə görə, bu proseslərdə əsas məqsədlərdən biri müxtəlif siyasi qüvvələrin hakimiyyətə gətirilməsi ilə bağlıdır.

Politoloq qeyd edib ki, NATOAvropa Birliyi arasında münasibətlərdə maraq balansı mühüm rol oynayır. NATO-nun təsir imkanlarının artırılması istəyi fonunda, maliyyə resurslarının bölgüsü və qlobal münaqişələr bu münasibətlərə təsir edir.

Rüstəm Tağızadə vurğulayıb ki, Yaxın Şərqdə, xüsusilə İran ətrafında baş verən hadisələr Avropa ölkələrində ciddi narahatlıq yaradır. Bu narahatlıq həm enerji təhlükəsizliyi, həm də regional sabitliklə bağlıdır.

Ekspert əlavə edib ki, baxmayaraq ki, bəzi fikirlər NATO-dan mümkün ayrılmalarla bağlı səsləndirilir, yaxın perspektivdə belə bir addım real görünmür. Onun fikrincə, bu məsələlər daha çox siyasi dəyişikliklərdən və hakimiyyətlərin dəyişməsindən asılıdır.

Politoloq hesab edir ki, ABŞ uzun müddət Avropa Birliyi ölkələrinin təhlükəsizliyində əsas rol oynayıb. Lakin bu qoruma mexanizmlərinin hər zaman eyni səviyyədə effektiv olmaması Avropanı daha çox öz təhlükəsizliyi haqqında düşünməyə vadar edir.

Onun sözlərinə görə, mövcud geosiyasi şəraitdə Avropa ölkələri öz müdafiə imkanlarını gücləndirməyə və daha müstəqil siyasət yürütməyə çalışmalıdır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada