Politoloq Mehman İsmayılov İranın hərbi və geosiyasi mövqeyi ilə bağlı açıqlama verib.
O, News365.az-a bildirib ki, İranın müqavimət göstərmək qabiliyyəti regiondakı əsas silahlardan biri olaraq strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, xüsusilə Hörmüz boğazının bağlanması ehtimalı beynəlxalq diqqəti artırır və Avropa ölkələrini bu məsələ ilə bağlı müzakirələr aparmağa vadar edir.
Mehman İsmayılov qeyd edib ki, bəzi dövlətlər müxalif mövqedə olsalar da, müəyyən təşkilatlar və qruplar bu proseslərdə iştirak etmirlər və onların təsir imkanları məhduddur. Politoloq əlavə edib ki, hazırkı dövrdə İranın hərbi siyasəti müəyyən məhdudiyyətlər altında olsa da, strateji gücünü qorumağa davam edir.
Ekspert vurğulayıb ki, ABŞ və digər beynəlxalq aktorlar bu vəziyyətin idarə olunmasında diqqətli olmalı və regiondakı balansı pozmamaq üçün addımlarını diqqətlə planlaşdırmalıdır.