“Ermənistanın Avropa İttifaqı üzvlüyü xülyadır” - İDDİA

“Ermənistanın Avropa İttifaqı üzvlüyü xülyadır” - İDDİA
16:29

Moskva Ermənistanın Avropa kursunu yenidən tənqid edib.

News365.az xəbər verir ki, rusiyalı politoloq Dmitri Suslov Ermənistanın yaxın perspektivdə Avropa İttifaqına üzv olmasının mümkün olmadığını bildirib.

Onun sözlərinə görə, Aİ-yə üzvlük iddiası olan ölkələrdən Brüssel öz siyasəti ilə tam uyğunlaşma tələb edir. Suslov qeyd edib ki, hələ üzv olmayan Serbiya və Gürcüstan belə Aİ tərəfindən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə və müstəqil xarici siyasətlərini məhdudlaşdırmağa məcbur edilir.

Politoloq vurğulayıb ki, Ermənistan Aİ-yə üzvlük istiqamətində qanun qəbul etməklə faktiki olaraq gələcəkdə bu qaydalara uyğunlaşmağa hazır olduğunu göstərir:

“Əgər belə deyilsə, onda bu qanunu ləğv edin. Niyə mütləq elə bir model seçilməlidir ki, Brüsselə Ermənistana təzyiq etmək imkanı versin?”

Suslovun fikrincə, Moskvanın “seçim edin” çağırışı Ermənistanın yalnız Rusiyanı seçməsi anlamına gəlmir. Onun fikrincə, əsas məsələ mövcud münasibətləri dağıtmamaq, balansı qorumaq və Rusiya ilə əməkdaşlığı saxlamaqdır.

Rus politoloq Qərbin bəzi təkliflərinin Ermənistan üçün sərfəli olmadığını da iddia edib.


Sizin reklam burada
Sizin reklam burada