Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində yeni təyinat olub.
News365.az-ın məlumatına görə, bununla bağlı Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.
Əmrə əsasən, Murad Əlibəy oğlu Fərzəliyev Sosial-məişət məsələlərinə dəstək şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər sözügedən şöbənin müdiri vəzifəsi vakant idi.