Peruda 600 illik sirli məzarlıq tapıldı

Peruda 600 illik sirli məzarlıq tapıldı
20:00

Peruda arxeoloqlar təxminən 600 il əvvələ aid, 38 insanın qalıqlarının yerləşdiyi qədim məzarlıq kompleksi aşkar ediblər.

News365.az xəbər verir ki, Çimu sivilizasiyasına aid olduğu bildirilən məzarlıqda metal baş geyimləri, bəzək əşyaları, silahlar, saxsı qablar və mərasim əşyaları tapılıb.

Məzarlardan birində insan qalıqlarının digər dəfnlərdən fərqli formada yerləşdirilməsi xüsusi maraq doğurub. Tədqiqatçılar bunun qurbanvermə mərasimi və ya həmin şəxsin yüksək sosial statusu ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.

Tapıntılar qədim Çimu cəmiyyətinin dəfn adətləri və sosial quruluşu haqqında yeni məlumatlar əldə etməyə imkan verəcək. 


Sizin reklam burada
Sizin reklam burada