Pensiyalar sabah tam ödəniləcək

Pensiyalar sabah tam ödəniləcək
21 İyl 2026 10:16

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyulun 22-də respublika üzrə pensiyaların ödənilməsini tam yekunlaşdıracaq.

News365.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları bank hesablarına köçürüləcək.

Beləliklə, iyul ayı üzrə respublika üzrə bütün pensiyaların ödənişi iyulun 22-də başa çatdırılacaq.


Sizin reklam burada
Sizin reklam burada