Rusiya Prezidenti Vladimir Putin hələlik Hindistan və Pakistan liderləri ilə hər hansı təmas planlaşdırmır.
News365.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov regionda vəziyyətin gərginləşməsi fonunda TASS-a açıqlamasında deyib.
“Xeyr, hazırda planda yoxdur”, - deyə o bildirib.
Qeyd edək ki, 22 apreldə Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində turistlər atəşə tutulub, nəticədə 26 turist ölüb. Hindistan bu qətli törədən terrorçuların arxasında Pakistanın dayandığını bildirərək, sərt tədbirlərə əl atıb, pakistanlılara verilən bütün vizalar ləğv edilib, Pakistan vətəndaşlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verilib, həmçinin Dehli Su Müqaviləsindən çıxdığını elan edib. Hindistan Pakistandakı səfirliyinin heyətini də yarıya qədər azaldacağını bildirib və Pakistan səfirliyinin əməkdaşlarının 55-dən 30-a endirilməsini tələb edərək, hərbi attaşeni persona non-qrata elan edib.