Paşinyan: Azərbaycanla bunu davam etdirəcəyik

Paşinyan: Azərbaycanla bunu davam etdirəcəyik
16:25

Ermənistan və Azərbaycan yaxın gələcəkdə delimitasiya prosesini davam etdirəcək.

News365.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O xatırladıb ki, Ermənistan və Azərbaycan Ermənistan sərhəd qoşunlarının xidmət etdiyi 12 kilometrlik sərhəd hissəsini delimitasiya edib:

“Əlbəttə ki, qarşıdakı dövrdə biz bunu məntiqi bir müddət ərzində davam etdirəcək və tamamlayacağıq”.

Paşinyan qeyd edib ki, gündəliyə Gürcüstanla delimitasiya prosesinin xülasəsi də daxildir:

“Bu barədə gürcü tərəfdaşlarla razılaşma var”.

Sizin reklam burada
Sizin reklam burada