Ordubadda güclü yağış fəsadlar törətdi

Ordubadda güclü yağış fəsadlar törətdi
04 May 2025 19:30

Ordubadın kəndlərində güclü yağış fəsadlar törədib.


News365.az xəbər verir ki, rayonun Üstüpü, Çənnəb, Parağa və Biləv kənd avtomobil yolunda məhdudiyyətlər yaranıb. Yaranan məhdudiyyətlər aradan qaldırılır.


Qeyd olunan ərazilərə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin texnika və canlı qüvvələri səfərbər olunub.


Hazırda yollarda təmizləmə işləri davam etdirilir


Sizin reklam burada
Sizin reklam burada